Sindaktiliya(barmaqların bitişik olması)

Sindaktiliya hər 2500-3000 yenidoğulmuşdan birində təsadüf edir və yuxarı ətrafın inkişaf qüsurları içərisində  birinci yeri tutur.

Sindaktiliyanın patogenizinə gəldikdə, embrionun inkişaf dövründə barmaqlar zar vasitəsilə bir-birinə birləşmiş olur. Hamiləliyin ikinci ayında barmaqlar arasında olan pərdə geriyə doğru inkişaf edir və barmaqlar formalaşmağa başlayır. Bu proses ləngiyərsə və ya tam olmazsa, sindaktiliya əmələ gəlir. Deməli, barmaqların bir-birindən aralanması prosesinin pozulmasına sindaktiliya deyilir.

Sindaktiliyanın 4 klinik forması mövcuddur: 1) Pərdəli, zarlı; 2) Dəri; 3) Sümük; 4) Dırnaq falanqalarının birləşməsi.

Diaqnoz - Zarlı və dəri formasında diaqnoz ele bir çətinlik törətmir. Ancaq sümük və oynaq formasında cərrahi taktikanı düzgün seçmək üçün mütləq barmaqların rentgenoqrafiyası edilməlidir.

Müalicə - Sindaktiliyanın müalicəsi cərrahi yolla aparılır. 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq Plastik Estetik Cərrah Dr. Mahmud İsmayılov-a məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Əlaqə

Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

Tel: +994 50 318 38 00       +994 55 318 38 00

info@dr-mahmud.az

Copyright © 2024, dr-mahmud.az Dizayn: İNNOA MMC