QURD AĞIZLIQ-damağın bitişməməsi.

Damağın bitişməməsi (qurd ağızlılıq) yeni doğulmuş körpələrin təxminən 2 minindən birində olur və çox zaman dovşan dodaqlıq (dodağın bitişməməsi) ilə birgə müşahidə edilir.

Defekt üst çənə çıxıntısının orta burun çıxıntısı ilə və damaq ilə xış sümüyününbirləşməməsi nəticəsində əmələ gəlir.

Səbəbi - Bu potologiyanın səbəbi tam aydınlaşdırılmayıb, lakin  hamiləliyin birinci trimesrtində (ilk üç

ay) ananın keçirdiyi virus infeksiyaları (toksoplazma, sitomeqalovirus, herpes, məxmərək), cinsi yolla keçən infeksiyalar, hamiləlik dövründə qəbul edilən dərman preparatları, qeyri-kafi ekoloji şərair və s. faktorlar, həmçinin irsi meyllik bu eybəcərliyin yaranmasına gətirib çıxara bilər. 
Damağ bitişməməsinin 4 dərəcəsi var :
1. Yumşaq damaq bitişməməsi
2. Yumşaq damağın tam, sərt damağın hissəvi bitişməməsi
3. Birtərəfli yumşaq və sərt damaqların tam bitişməməsi
4. İkitərəfli yumşaq və sərt damaqların tam bitişməməsi.
Ağız boşluğu ilə burun boşluğu arasında damaq yarığı vasitəsi ilə əlaqə yaranmasına görə, qidanın bir hissəsi burun boşluğuna keçə bilir, bu da qidalanmanı pozur. Nəfəs alma zamanı havanın filtrasiyası, onun nəmlənməsi və qızması pozulduqda tənəfüs yollarının tez-tez xəstələnməsinə ( pnevmaniya ), hətta uşağın ölümünə səbəb olur. Uşaq gec danışır, nitqində sözlərin aydın olmaması aşkar edilir.  Defektlə doğulan uşaq pediatr tərəfindən müayinə edilməlidir. Beləliklə başqa qüsurlar varsa aşkar olunur və lazımı tədbirlər görülür. Xəstəni düzgün qidalandırmaq son dərəcədə önəmlidir. Damaq yarığı olan uşaq düzgün şəkildə döş əmə bilməz. Südün nəfəs yollarına və orta qulağa getməsinin və iltihab yaranmasının qarşısını almaq üçün uşağı bəslərkən gövdəsini 45-60 dərəcə bucaq ilə tutmaq lazımdır. Süd və yeməklər kiçik qaşıqla verilməlidir. Yeməklər əməliyyatdan sonraki dövrdə də qaşıq ilə veriləcəyi üçün uşağın bu cür qidalanmaya vərdiş etməsi məsləhətdir. Xəstənin damaq yarığı çox genişsə əməliyyatdan qabaq damaq üçün xüsusi protez hazırlanır və hər 4-6
həftədə bir dəyişdirilir. Yaxud da damağı daraltmaq üçün çənə sümüyünə özəl cihaz (palatal distraktor) yerləşdirilir.
Əməliyyat. Xəstə 2-3 aylığına çatanda dodaq əməliyyatı aparılır. Bəslənmə əməliyyatdan 2-3 saat sonra başlayır, dodağa qoyulan tikişlər isə 5-6 gün sonra çıxardılır. Damaq əməliyyatı uşaq 10-12 aylıq ikən aparılır. Beləcə uşağ danışmağa, normal qidalanmaya başlamadan ağız boşluğunun bərpəsı tamamlanır. Əməliyyat daha sonra da aparıla bilər, lakin 18 aydan o tərəfə geciktirilməməlidir.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq Plastik Estetik Cərrah Dr. Mahmud İsmayılov-a məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Əlaqə

Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

Tel: +994 50 318 38 00       +994 55 318 38 00

info@dr-mahmud.az

Copyright © 2024, dr-mahmud.az Dizayn: İNNOA MMC