Göbək yırtığı

Qarnın ön divarının inkişaf qüsuru nəticəsində əmələ gələn göbək yırtığı, uşaqlar arasında, xüsusən də qızlarda, tez-tez təsadüf edir.

Göbək yırtığının əmələ gəlməsinə şərait yaradan əsas amillərdən biri həmin nahiyənin anatomik quruluşudur. Beləliklə, göbək nahiyəsi anatomik cəhətdən qarnın ön divarının ən zəif yeri hesab edilir ki, bu da göbək yırtığının əmələ gəlməsinə səbəb olur. Göbək yırtığının əmələ gəlməsinə sərait yaradan digər amillərdən biri də qarindaxili təzyiqin yuksəlməsidir. 
Müalicə. Cərrahi yolladır. 10-15 dəqiqəlik bir müddətdə icra edilir.

Qasıq yırtığı

Qasıq yırtığı uşaqlar arasında ən çox təsadüf edilən cərrahi xəstəlikdir. Qasıq kanalının patolagiyası nəticəsində qarın boşluğu üzvlərinin onları örtən periton
qişası ilə birlikdə dərialtına çıxmasına qasıq yırtığı - hernia inquinalis deyilir. Yırtıqlar anadangəlmə (hernia congenita) və qazanılma (hernia acguista) olmaqla
2 yerə bölünür. Qazanılma qasıq yırtığı uşaqlar arasında az təsadüf olunur və çox vaxt 10 yaşından yuxarı uşaqlarda rast gəlir. 
Klinika. Anadangəlmə yırtıq zamanı yenidoğulmuş körpələrdə və böyük yaşlı uşaqların qasıq nahiyəsində elastiki konsistensisyalı oval və ya dairəvi şəkildə törəmə nəzəri cəlb edir. Uşaq ağlayarkən bu şişkinlik böyüyür, sakit halda kiçilir. 
Müalicə. Qasıq yırtığınin yeganə radikal müalicəsi cərrahi üsuldur.Anesteziologiyanın müasir imkanları əməliyyatı, bütün yaşlarda, o cümlədən yenidoğulmuşlarda da icra etməyə imkan verir. Əməliyyata nisbi əks göstəriş (raxit, ağır hipotrofiya, somatik və infeksion xəstəliklərdən az keçən vaxt) olduqda onu 6-12 aylığında etmək məsləhətlidir.

Anadangəlmə yırtıq zamanı edilən əməliyyatın mahiyyəti dəbəlik kisəni ləğv etməkdən ibarətdir. Böyüklərdən fərqli olaraq uşaqlarda qarnın ön divarının plastikasına ehtiyac yoxdur.

Ağ xətt dəbəliyi

Ağ xətt yırtığı göbəklə xəncərvari çıxıntı arasında orta xətt üzrə apanevrozda olan defektdən çixmaqla baş verir. Ağ xətt yırtığı çox zaman ağrısız keçir. Uşaq ağladıqda və ya gücəndikdə ağ xətt üzrə dəri altında kiçik ölçülü törəmə görünür. Uşaq arxası üstə uzandıqda şişkinlik çəkilir. Əlləmə zamanı apanevrozda kiçik defektin olması aşkar edilir.Ağ xətt yırtığının diaqnozu çətinlik törətmir. Bəzən həkimlər buna fikir verməyərək belə uşaqları uzun müddət səhvən başqa diaqnozla müalicə edirlər, hətta başqa diaqnozla da əməliyyat edirlər. Ağ xətt dəbəliyi heç vaxt öz-özünə bağlana bilmir. Ona görə də onun müalicəsi yalnız cərrahidir.
Müalicə. Narkoz altında şişkinlik üzərində kəsik aparılır, kisə ayrılıb dibindən tikilir və kəsilib atılır. Qat-qat plastika edilir.

Toxum ciyəsi venalarınının genəlməsi

Varikosele 12% təşkil etməklə ən çox 10-15 yaşlı oğlanlarda təsadüf edir. Toxum ciyəsi venalarıının genəlməsi birincil və ikincil olur. Varikosele zamanı uzun sürən venoz durğunluq nəticəsində hematotestikulyar sistemdə keçicirilik artır və baryer funksiyasi pozulur ki, bu da spermatogenezin pozulmasına gətirib çıxarır. Uzun sürən durğunluq sonsuzluğa səbəb ola bilər. Əməliyyat yerli keyitmə və ya narkozla icra edilir.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq Plastik Estetik Cərrah Dr. Mahmud İsmayılov-a məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Əlaqə

Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

Tel: +994 50 318 38 00       +994 55 318 38 00

info@dr-mahmud.az

Copyright © 2024, dr-mahmud.az Dizayn: İNNOA MMC