Blefaroplastika - üst və alt göz qapağına tətbiq olunan estetik cərrahiyyə əməliyyatıdır.

Göz qapaqları fərqli səbəblərdən sallanır və ya torbalana bilir.

Bu səbəblər yaşlanma, bəzən ailədən gələn irsi vəziyyətlər və gözlərin çox yorulması kimi sıralana bilər.

Bəzən dəri cazibə qüvvəsinə bağlı  sallanır və boşala bilir.

Göz qapağı əməliyyatı - blefaroplastika zamanı üst və alt göz qapaqlarında olan artıq  dəri və yağ toxumaları əzələ toxuması  ilə birlikdə  çıxarılır. Yaxşı planlanmış olan bir göz qapağı əməliyyatı xəstəyə daha gənc bir görünüş verir. İnsanlar nəticələri illərcə qalıcı olan sağlam və gənc baxışlara malik olur.

Göz qapağı əməliyyatı - blefaroplastika kimlərə oluna bilər?

Göz qapağı əməliyyatı-blefaroplastika ehtiyac duyan hər xəstə üçün uyğundur. Əvvəlcə  həkiminizlə danışmaqda  fayda vardır. Tiroid xəstəliyi, arterial təzyiq və gözlərin nəmlənməsi üçün kifayət qədər göz yaşı olmayan xəstələrin bu vəziyyəti əvvəlcədən həkiminə bildirməsi məsləhət görülür. 

Göz qapağı əməliyyatı - blefaroplastika üz gərmə və qaş qaldırma kimi digər üz cərrahi əməliyyatları ilə birlikdə də icra oluna  bilər.

Göz qapağı əməliyyatına blefaroplastikaya ən uyğun namizədlər sağlam, psixoloji baxımdan stabil və 35 yaşdan yuxarı olmalıdır. Gənc yaşlarından torbacıklı göz qapağı olan insanlar istədiyi  yaşda bu əməliyyata qərar verə bilər.

Göz qapağı əməliyyatı - blefaroplastika necə olunur?

Göz qapağı əməliyyatı ümumiyyətlə 1-1.5 saat arasında davam edir. Göz qapağı əməliyyatıda edilən kəsiklər üst və alt göz qapaqlarının təbii qıvrım xəttlərində yerləşdirilir. Kirpiklərin 1 mm altından üfüqi olaraq edildiyi üçün izi qalmır. Üst göz qapağında isə qıvrıma xəttində olduğu üçün  iz bilinmir. Əməliyyatdan sonra çəhrayı rəngdə olan kəsik izinin zamanla rəngi açılır və  dəri rənginə çevrilir.

Göz qapağı əməliyyatı - blefaroplastika yerli anesteziya və ya ümumi narkoz altında həyata keçirilir.

Göz qapağı əməliyyatında-blefaroplastikada yaxşılaşma müddəti nə qədərdir?

Göz qapağı əməliyyatı- blefaroplastika zamanı verilmiş olan anesteziyanın təsiri keçdikdən sonra dəridə yaranan gərginlik hissi narahatlıq verə bilər. Əməliyyatdan sonra nadir hallarda hematoma meydana çıxa bilər, xəstələrdə bir neçə gün göyərmələr və şişlik meydana gəlir, yaxşılaşması bir həftədən dörd həftəyə qədər davam edə bilir. Eyni şəkildə ilk bir neçə həftə içində işığa həssaslıq, bulanıq ya da cüt görmə, çox göz nəmlənməsi kimi əlamətlər ola bilər. Yaxşılaşma müddətində yara izlərinə məlhəm  vurulur.

Əməliyyat sonrası tikişlər 3-7 gün içərisində çıxarılır. İki-üç gün sonra TV seyr edib, oxumağa başlamaq olar. Ümumiyyətlə on günə kimi bir müddət içərisində normal həyata geri dönmək olur. Gün işığından qorunmaq üçün günəş gözlüyü istifadə edmək olar. Göz qapağı-blefaroplastika əməliyyatı keçirəcək olan kəslərin əməliyyat əvvəli və sonrası siqaret və spirtli içkilərdən uzaq dayanması tövsiyə edilir. Nadir hallarda göz qapağı dərisinin artıq kəsilməsi ektropiona (göz qapağın tam qapanmaması) səbəb olur. Bunu isə fizioterapiya ilə aradan qaldırmaq olur. Fizioterapiya kömək etmədikdə təkrari əməliyyat aparılır.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq Plastik Estetik Cərrah Dr. Mahmud İsmayılov-a məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Əlaqə

Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

Tel: +994 50 318 38 00       +994 55 318 38 00

info@dr-mahmud.az

Copyright © 2024, dr-mahmud.az Dizayn: İNNOA MMC