Polidaktiliya(barmaqların çox olması)
Polidaktiliya əl və ayaq barmaqlarının sayca beşdən artıq olmasına polidaktiliya deyilir. Çox vaxt bir əldə baş barmağın və ya çeçələ barmağın artıq olması halları müşahidə edilir.
Ədəbiyyatda barmaqların sayının 10-a qədər olması da göstərilir.
Əlavə barmaq bəzən əsas barmağın yanından dəri vasitəsilə asılı olur. Bəzən haça şəklində olan barmaqlardan hansının əsas, hansının əlavə barmaq olmasını dəqiqləşdirmək çətin olur. Ona görə də belə hallarda mütləq əlin rentgenoqrafiyası edilməlidir. Rentgen müayinəsində hər iki barmaq üçün bir əsas falanqa sümüyü və ümumi oynaq boşluğu görünəcəkdir. Ancaq burada əlavə barmaq nisbətən zəif inkişaf edir və kənara daha çox çıxmış olur.
Müalicə - Cərrahi müdaxiləni erkən aparmaqdan ibarətdir.