Femoroplastika-budun daxili səthinin dartılmasıdır. Bədənimizin bəzi nahiyyələri adi metodlarla korreksiyaya çətin tabe olur.
İdman, dieta bir sıra hallarda praktik olaraq kömək eləmir. Həm də bəzi pasiyentlərin intensiv idmanla məşğul olması çətin və risklidir. Ona görə də bəzi plastik əməliyyatlar bədənin o yerlərinin korreksiyasına tətbiq edilir ki, onları başqa yolla aradan qaldırmaq qeyri-mümkün olur. Belə yerlərdən biri də budun daxili səthidir.
Budun plastikasına aşağıdakı göstərişlər var
- Bud nahiyyəsində artıq dəri-piy qatının olması
- Çəkinin kəskin itirilməsi
- Bud nahiyyəsində toxumaların ptozu (sallanması)
- Dəri-piy qatının qeyri-bərabər paylanması
- “Qalife” zonasının olması (budun daxili səthinə izafi piy toxumasının toplanması)
- Sellulit (dəridə çala və dartılmaların olması)
Bu dəyişikliklər aşağıdakı hallarda yaranır.
- Irsi meyllilik
- Bədənin anatomik quruluşu
- Həmin nahiyyədə əzələlərin yaşla başlı distrofiyası
- Dəri turqorluğunun (elastikliyinin) azalması
- Çəkinin kəskin azalması
- Liposaksiya ilə çoxlu piyin xaric edilməsi
Əks-göstərişlər.
Femoroplastika yüngül əməliyyat olmadığı üçün aşağıdakı hallarda əmliyyat eləmək olmaz
- Kəskin infeksion xəstəliklər
- Aktiv fazada olan xroniki infeksion xəstəliklər
- Şəkərli diabet
- Autoimmun xəstəliklər
- Onkoloji xəstəliklər
- Ürək-damar xəstəlikləri
- Qalxanvari vəzin xəstəlikləri
- Hamiləlik və süd vermə
- Allergik xəstəliklər
- Həmin nahiyyədə dəri xəstəliklərinin olması
- Yaş məhdudiyyəti (18 yaş)
Əməliyyata hazırlıq
Cərrahın konsultasiyas
Tam müayinə
Labarator diaqnostika
Əməliyyatdan öncə hər şey cərrahla müzakirə edilir.
Sonra göstəriş və əks göstərişlər müəyyən edilir. Əgər sallanma kəskin arıqlama nəticəsində yaranıbsa tələsmək lazım deyil. Gözləmək lazımdır bədən çəkisi stabilləşsin. Əgər xəstə təkrari kökələrsə əvvəlki vəziyyət yarana bilər.
Femoroplastikanın bir neçə metodu var. Hansı metodun seçilməsinə cərrah qərar verir. Femoroplastikanı liposaksiya və abdominoplastika ilə birgə həyata keçirmək olar. Əməliyyat 2-3 saat çəkir.
Əməliyyatdan sonra xəstə bir neçə gün klinikada qalır. Birinci gün durmaq, oturmaq, gəzmək olmaz. Bu müddətdə yara nahiyyəsində diskomfort hissi, ödem, ağrı və s. ola bilər. Tikişlər 9-10-cu gün sökülür.
Bəzi şərtlərə əməl eləmək lazımdır ki, bərpa müddəti normal keçsin.
- Əsas diqqəti tikişlərə vermək lazımdır ki, sağalma normal keçsin.
- Əməliyyat qurtaran kimi pasient kompression paltar (bandaj) geyməlidir.
- Hər bir halda antibakterial müalicə aparılmalıdır.
- Müalicə bitənə qədər hamam, sauna, hovuza getmək olmaz.
- Isti vanna qəbul eləmək olmaz.
- Günəş şüasından qorunmalı.
- İntensiv idmandan kənar durmalı.
- Femoroplastikanın effekti əməliyyatdan bir il sonra özünü göstərəcək.
Bütün digər plastik əməliyyatlar kimi femoroplastikadan sonra da müxtəlif ağırlaşmalar baş verə bilər.
- Hematoma və seroma. Bu nisbətən tez-tez rast gəlinən ağırlaşmadır. Böyük seroma və hematomalar açılır. Kiçiklər isə özü sorulur.
- Dərinin nekrozu. Qan dövranı pozulan zaman və həddindən çox dartılma olanda baş verir.
- Limfa və venoz dövranın pozulması. Həmin nahiyyədə çoxsaylı limfa damarlarının olmasını nəzərə almaq lazımdır. Əməliyyat vaxtı baş verən zədələnmələr limfa sistemində durğunluq yaradır. Nəticədə ətraflarda uzunmüddətli durğunluq yaranır. Bəzən bu durğunluq xroniki xarakter alır və fil ayaqlığa gətirib çıxarır.
- Yaranın infeksiyalaşması və irinləməsi. Konservativ müalicə ilə aradan qaldırılır.
- Hissiyyatın hissəvi və ya tam pozulması. Bu ağırlaşma zamanla tədricən tam keçir.
- Dəri hissiyatının artması. Bəzən ömür boyu qala bilər.
- Bəzən dərinin elastikliyi zəif olduğu üçün nəticə qeyri-qənaətbəxş ola bilər.
- Piy emboliyasının əmələ gəlməsi. Bu qan və ya limfada normal halda rast gəlinməyən maddələrin ora düşməsi hesabına yaranır. Piy emboliyası damarların tutulmasına (okkuluziya) səbəb olurş. Bu hal nadir hallarda rast gəlinir və ən təhlükəli ağırlaşma olub, terminal vəziyyətin yaranmasına gətirib çıxarır.
- Əməliyyatdan sonra çapıq yerinin rənginin dəyişməsi.
- Qasıq nahiyyəsinin çapıqlarının budun iç səthinə tərəf yerini dəyişməsi. Bu həcmi böyük əməliyyatlar zamanı baş verə bilər.
- Cinsiyyət üzvlərinin asimmetriyası.
Bu ağırlaşmaların əmələ gəlməsi həm cərrahın professional səviyyəsindən, həm də xəstələrin reabilitasiya qaydalarına əməl etmələrindən asılıdır.
Femoroplastikanın üstünlükləri və çatışmazlıqları.
Üstünlükləri
- Effektin üzun müddət qalması.
- Toxumalara elastilik, ayaqlara gözəllik vermək.
- Dəri-piy qatından ömürlük yaxa qutarmaq (daimi çəki və dietaya əməl eləmək şərti ilə).
- Bud nahiyyəsinə hormoniyalıq, gözəllik, proporsionallıq vermək.
Çatışmazlıqlar.
- Çapıqların olması.
- Liposaksiya aparılarsa mütləq dəri dartılması icra edilməlidir. Əks halda dəri sallanaraq pis görkəm alacaq.
- Bəzən əmliyyatdan sonra müəyyən çatışmazlıqlar olarsa əlavə korreksiya aparılır.
- Reabilitasiya müddəti uzun çəkir.
- Ağırlaşma riski yüksək olur.
Budlarınızın gözəl görünməsini istəyirsinizsə bizə müraciət edin.