Liposaksiya(Piy sovurma əməliyyatı)
Liposaksiya – qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə ilə korreksiya üsuludur.
Hal-hazırda liposaksiya bədənin müxtəlif nahiyyələrində - boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayılmış cərrahi üsuludur. Liposaksiyanı 20-ci əsrin estetik cərrahiyə sahəsində inqilabi nəaliyyəti adlandırmaq olar.
Liposaksiya zamanı adətən venadaxili narkoz tətbiq edilir. Lakin artıq piy toxuması nisbətən kiçik sahələrə toplanmış və yaxud venadaxili narkoza əks göstərişləri olan xəstələrdə yerli anesteziyada tətbiq edilə bilər.