Braxioplastika

İnsan yaşlandıqca bədənində istəmədiyi bir çox dəyişikliklər yaranır. Bunlardan biri də qolda əmələ gələn sallanmadır.

Qol dartma estetik əməliyyatı başqa sözlə, braxioplastika ilə qolda əmələ gələn dəri bollaşması və artıq piylərdən qurtulmaq mümkündür. Bu yolla daha gənc və gözəl qol görünüşünə sahib ola bilərsiniz. Qocalmadan əlavə kilo alıb vermə prosesi də qolda dəri boşalmasına səbəb olur.

Qoltuqaltı -dirsək arası dəri sallanmasını aradan qaldırmada 2 texnikadan  istifadə edilə bilər. Birincisi cərrahi texnika, digəri isə lazer liposaksiya.
Az sallanmalarda lazer liposaksiya yaxşı effekt verir. Ancaq həddindən artıq sallanmalarda cərrahi əməliyyat lazımdır. Cərrahi əməliyyatdan sonra qoltuqaltı ilə dirsək arasında iz qalması normaldır. 2 mm genişliyində incə bir iz qala bilər. Əməliyyat etdirəcək adam sallanma ilə iz arasındakı seçimini özü etməlidir.
Liposaksiya da isə iz qalmır. Ancaq bu texnika həddindən artıq sallanmalarda istifadə edilə bilməz.          

Göstərişlər:

-qolda əmələ gələn sallanma,

Əks göstərişlər:

- hamiləlik

- tənəffüs sistemi xəstəlikləri;

- onkoloji patologiyalar;

- kəskin ürək-damar sisteminin xəstəlikləri,

 - 1 tip şəkərli diabet;

- dəri xəstəlikləri;

- kəskin virus xəstəlikləri;

- xroniki xəstəliklərin kəskinləşməsi;

- qaraciyər və böyrək xəstəliyi;

- əməliyyat sahəsinə iltihablar;

- ruhi xəstəlik;

- bronxial astma.

Əməliyyat  ümumi anesteziya  altında ortalama 1 saat ərzində həyata keçirilir.

Əməliyyatdan sonra 1 ay korset geyinilməsi məsləhət görülür. Bu dərinin daha gözəl oturmasına kömək edəcək. Əməliyyatdan sonra 5-7 gün qollarda gərginlik və həssaslıq hiss etməyiniz normaldır. Yüngül ağrı hissi ola bilər ki, bu da ağrıkəsicilər vasitəsi ilə aradan götürülür.

Əməliyyat izləri ilk bir neçə ay çəhrayı rəngdə olacaq və nəzərə çarpacaq, amma zamanla solacaq və dəri rəngində olacaq. 10 gün sonra normal həyatınıza geri dönə bilərsiniz

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq Plastik Estetik Cərrah Dr. Mahmud İsmayılov-a məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Əlaqə

Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

Tel: +994 50 318 38 00       +994 55 318 38 00

info@dr-mahmud.az

Copyright © 2024, dr-mahmud.az Dizayn: İNNOA MMC