Vaginoplastika
Vaginoplastika vaginanın (uşaqlıq yolunun) daralmasını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır.Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafında olan yumşaq toxuma və əzələlər bərpa olunur – nəticədə uşaqlıq yolu daraldılır.
Doğum zamanı vagina və onun ətraf toxuması genişlənir. Doğumdan sonra vagina daha normal vəziyyətə qayıdır, lakin heç vaxt doğumdan əvvəlki vəziyyətə qayıtmır. Doğum sayları artdıqca vaginadakı genişlənmə daha da artır. Vaginal genişlənmə ilə yanaşı vagina divarının selikli qişasının sallanması meydana çıxır. Belə qadınlarda cinsi hissin azalması və cinsi həzzin zəifləməsi olur. Vaginoplastika əməliyyatı nəticəsində vagina və vaginanın ətraf toxumalarnın daraldılması və doğumdan əvvəlki vəziyyətin əldə olunmasına nail olunur. Vaginoplastika əməliyyatı vaginanın vəziyyətinə görə 1-1.5 saat davam edir.
Cərrahi əməliyyat həm yerli, həm də ümumi anesteziya ilə icra oluna bilir.
İlk 2 gün əməliyyat nahiyəsində yüngül ağrı və rahatsızlıq olur. Əməliyyatdan sonra xəstəyə antibiotik (5 gün) və antiseptiklərlə yerli yuyunmalar təyin edilir. Tikiş üçün istifadə olunan saplar sorulan olduğu üçün bu tikişlər sökülmür.
Hər bir cərrahi əməliyyatda olduğu kimi bu əməliyyat zamanı xəstədə qanaxma və infeksiya riski vardır. Qanaxma əməliyyat zamanı dayandırılır, infeksiya riskinin qarşısı isə əməliyyat zamani və sonrasi təyin olunan antibiotiklə alınır. Xəstədə normadan artıq da daralma ola bilər. Lakin normal keçən əməliyyat zamanı bu rast gəlinmir.Xəstə bir gün xətəxanada qalır və iki gün sonra isə işinə qayıda bilir. Bəzi xəstələrdə isə bu 5 gün çəkir.
Vaginoplastikadan 4-6 həftə sonra cinsi əlaqənin olmasına icazə verilir.
Qadınlar nə üçün vaginoplastika əməliyyatını seçir? Əksər qadın vaginoplastika əməliyatını vaginada yaranmış anormal hissiyyat "bollaşma” hissi səbəbi ilə istəyir. Qadınlar cinsi əlaqə zamanı azalan sürtünmə səbəb ilə daha az zövq aldıqlarını, daha çətin orqazmın yaranmasını bildirirlər. Vaginoplastika cinsi əlaqə zamanı sürtünməni artırır. Əməliyyat sanrası əlaqə zamanı hər iki cins dəyişikliyi hiss edir