Mammoplastika-Süd vəzilərinin üzərində aparılan əməliyyata deyilir, hansılar ki, süd vəzilərinin formasının dəyişilməsinə səbəb olur.

Süd vəzilərinin forması həm quruluşuna, həm də ölçüsünə görə dəyişə bilər.

Süd vəzilərinin plastikası aşağıdakı hallarda icra edilir.

  1. Mikromastiya (süd vəzin anadangəlmə inkişafdan qalması)
  2. Makromastiya və ya süd vəzin hiperplaziyası (vəzin çox böyüməsi)
  3. Ptoz (süd vəzin sallanması)
  4. Postlaktasion sallanma (uşağa süd verdikdən sonra vəzin həcminin geriyə sorulma hesabına kiçilməsi)
  5. Ginekomastiya
  6. Əməliyyatdan sonrakı deformasiyalar.

Əks göstərişlər.

  1. Onkoloji xəstəliklər
  2. İnfeksion xəstəliklər
  3. Laxtalanmanın pozulması
  4. Daxili orqanların ağır xəstəlikləri
  5. Laktasiyanın (uşağa süd vermənin başa çatmaması). Adətən bir il çəkir.
  6. 18 yaşa çatmamaq.

Əməliyyatdan əvvəl aşağıdakı müayinələr aparılır.

  1. Qanın ümumi analizi
  2. Laxtalanma
  3. EKQ
  4. Döş qəfəsinin rentgeni.
  5. İnfeksiyalar (hepatitlər, spid, sifilis)
  6. Qanda şəkər
  7. Qan qrupu
  8. Süd vəzin USM-i.

Əməliyyat (bir şərtlə ki, xəstə kliniki sağlam olsun) vaxtına 14 gün qalmış, tərkibinə salisilat daxil olan dərmanlar və kontrasept hormonlar istifadə etmək olmaz. Əməliyyata 7 gün qalmış siqaretdən (nikotin, orqanizmə daxil olan qan axınını ciddi pisləşdirir) istifadədən imtina etmək lazımdır, çünki əks halda tikişlər də çox gec sağalacaq.

Əməliyyat ümumi anesteziya altında aparılır və operativ müdaxilənin növündən asılı olaraq 1,5 - 4 saat davam edir.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq Plastik Estetik Cərrah Dr. Mahmud İsmayılov-a məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Əlaqə

Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

Tel: +994 50 318 38 00       +994 55 318 38 00

info@dr-mahmud.az

Copyright © 2024, dr-mahmud.az Dizayn: İNNOA MMC