Meqakolon
Yoğun bağırsağın bir hissəsinin və ya bütövlükdə genəlməsi və divarının hipertrofiyaya uğramasına meqakolon deyilir.
Bu ümumi bir məhvum olub əsas əlaməti davamlı xronik qəbizlik olan əmələgəlmə mexanizminə və patoloji-anatomik mahiyyətinə görə isə müxtəlif olan xəstəliklər qrupunu özündə cəm edir. Meqakolon çox müxtəlif səbəblərdən - yoğun bağırsağın intramural sinir elementlərinin inkişaf etməməsi, anorektal nahiyənin inkişaf qüsuru (anusun anadangəlmə daralması, düzbağırsağın atreziyasının fistullu forması) mərkəzi sinir sisteminin xəstəlikləri, endokrin pozğunluqlar, avitaminozlar və s. əmələ gələ bilər.