Bisektomiya-Yanaq incəltməsi.

Fransız alimi Mariya Fransua Ksavye Biş ilk dəfə yanaqda olan piy kapsulasının xarakteristikasını vermişdir. Bu yanaqda yerləşən piy yığıntısını həm də Biş cisimcikləri adlandırırlar.

40 yaşdan sonra yanaqda tonusun düşməsi hesabına sallanma əmələ gəlir. Buna görə də sifətə cavan görkəm vermək, yanağı incələtmək, sifətin aşağı hissəsinin enli hissəsini korrektə eləmək üçün yanaqda olan Biş cisimciklərini çıxarmaq lazımdır. Əməliyyat estetik xarakter daşıyır.

Müsbət cəhətləri.

Piy cisimciklərin çıxardıqdan sonra sifətin aşağı hissəsi dəqiq kontur alır. Cavanlaşdırıcı effekt verir.

Dartılmış görkəm alır.

Daha təhlükəsizdir.

Burun-dodaq büküşlərinin düzəlməsinə kömək edir.

Sifətdə proporsiyanın pozulması zamanı Biş cisimciklərinin çıxarılması simmetriyanın bərpasına kömək edir.

Liposaksiyadan daha təhlükəsizdir.

Mənfi cəhətləri.

25 yaşa qədər məsləhət görülmür.

Çəkinin tez-tez dəyişməsi zamanı effekt itə bilər.

Çatışmazlıqlar individual xarakter daşıdığına görə əməliyyata hazırlaşan zaman hər şeyi nəzərə almaq lazımdır. Bisektomiya zamanı toxumaların zədələnmə riski liposaksiya ilə müqayisədə çox azdır. Buna baxmayaraq əməliyyatın aparılmasına bir sıra əks göstərişlər var.

* Kəskin virus infeksiyaları.

* Kəskin respirator xəstəliklər.

* Ağır şəkərli diabet.

* Stomatit.

* Gingivit.

* Ağzın selikli qişasının iltihabı.

* Sistem xəstəliklər.

* Bədxassəli şişlər.

* Laxtalanmanın pozulması.

* Psixi pozğunluğun olması.

* Epilepsiya xəstəliyi.

Bütün digər əməliyyatlar kimi bişektomiyadan əvvəl xəstə müvafiq müayinədən keçir. Əməliyyat adətən yerli keyitmə altında icra edilir. Təxminən 40 dəqiqə davam edir. Təxminən 1-2 sm uzunluğunda kəsikdən Biş cisimcikləri (piy) çıxarılır. Kəsik içəridən aparıldığı üçün iz qalmır. Əməliyyat mürəkkəb hesab edilmir. Ona görə də xəstə həmin gün ambulator nəzarətə göndərilir.

Əməliyyatdan sonra bir neçə gün həkimin məsləhətlərinə riayət eləmək lazımdır.

* Bərk qidaların qəbulunu məhdudlaşdırmaq.

* Stressdən qaçmaq.

* Bərkdən gülmək olmaz.

* Mimiki əzələlərin aktiv hərəkəti məsləhət görülmür.

* Kürəyi üstə, yastığı bir qədər hündürə qoyub yatmaq məsləhətdir.

* Siqaret və alkoqol olmaz.

* Ağzı tez-tez və ehtiyatla təmizləməli.

* Çox soyuq, isti maye və yeməklər olmaz.

Bütün deyilənlərə riayət etdikdə əməliyyatdan sonra heç bir fəsad qeyd edilmir. Əməliyyatın tam nəticəsi təxminən 5-6 aydan sonra özünü göstərir.

Bütün digər cərrahi əməliyyatlar kimi bişektomiyadan sonra da ödem, ağrı, qızartı, səpgi, allergik reaksiyalar və s. meydana çıxa bilər ki, bunlar da adətən qısa müddətə keçib gedir.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq Plastik Estetik Cərrah Dr. Mahmud İsmayılov-a məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Əlaqə

Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

Tel: +994 50 318 38 00       +994 55 318 38 00

info@dr-mahmud.az

Copyright © 2024, dr-mahmud.az Dizayn: İNNOA MMC