Süd vəzilərinin böyüdülməsi. (endoprotezləşdirilməsi)
Bu əməliyyatın məqsədi süd vəzinin həcminin artırılması və formasının yaxşılaşdırılması, eyni zamanda ona elastiklik verməkdir.
Bundan başqa süd vəzin endoprotezləşdirilməsi döşün sallanmasının aradan qaldırılması məqsədilə də aparıla bilər. Korreksiyanın aparılması üçün implant (protez) lazımdır. Onlar teksturası, forması, ölçüsü ilə fərqlənir. Bu növ protezlər qadın orqanizmində 15 və daha çox il ərzində qala bilər, bu müddətdən sonra onları dəyişmək olar.