Rinoplastika

Rinoplastika nədir?

Rinoplastika burnun xarici şəklini dəyişdirmək üçün aparılan əməliyyatdır. Bununla birlikdə xəstədə çəpər əyriliyi və

nəfəs alma problemi varsa, bu da eyni zamanda düzəldilməlidir.

Bu əməliyyata "rinoseptoplastika” adı verilir. Bəzən xarici burun toxumaları əvvəlki əməliyyatlar, travma və ya anadangəlmə qüsur səbəbi ilə nəfəs almaya mane olur. Xəstənin burun nəfəsini düzəltmək üçün "funksional rinoplastika” əməliyyatı aparılır.

Rinoplastika üçün müraciət edən xəstə burnun hansı hissələrini bəyənmədiyini və dəyişdirmək istədiyini bilməlidir və həkimə bildirməlidir. Heç bir vaxt öz burun formanız haqqındakı qərarı həkimə buraxmayın! Unutmayın ki, hər kəsin zövqü fərqlidir və əməliyyatdan sonrakı burnu məhz siz bütün həyatınız müddətində üzünüzdə daşıyacaqsınız!

Burun formasının kompüter yardımı ilə seçilməsi "su altı daşları” olan bir metoddur. Ekranda çox cazib formalar əldə edilə bilər, lakin canlı toxumaların xüsusiyyətləri virtual şəkillərdən çox fərqlidir və nəticə gözlədiyinizdən fərqli olacaqdır. Bunu unutmayın!
Ümumiyyətlə, həkim seçərkən onun əl işlərinə baxın, mümkünsə xəstələri ilə canlı olaraq tanış olun. Öz daxili hisslərinizi də dinləyin. Uğurlu nəticə üçün sizin həkimlə müsbət ünsiyyətdə olmanız çox mühümdür.

Rinoplastika əməliyyatı yerli, ya da ümumi narkoz altında aparılır. Burundakı kəsiklər müxtəlif şəkildə icra edilir. Əməliyyatdan sonrakı dövrdə, həkimdən asılı olaraq müxtəlif şəkildə təşkil edilir. Ona görə burunda əmələ gələcək dəyişiklikləri, aparılacaq kəsikləri, əməliyyat sonrası dövrü, mümkün fəsadları və digər mövzuları həkiminizlə acıq şəkildə müzakirə edin.
Azərbaycanda burunlarda orta və ağır dərəcəli burun çəpəri əyriliyi və xüsusi ilə burun ucu deformasiyaları daha çox rast gəlindiyi üçün əməliyyatın ümumi narkoz altında və açıq üsülla aparılması məqsədə uyğundur.

Burun estetik əməliyyatından sonrakı dövr təxminən belə keçəcəkdir: burundakı tampon 2-3 gün sonra çıxardılır, gips 7-10 gün sonra çıxarılır, tikişlər varsa, 6-7 gün sonra sökülür, göz altı göyərmələr 2-3 həftəya keçir, şişkinliyin bir çox hissəsi 1-2 aya keçir. 6 aydan sonra burun forması oturmağa başlar və kiçik deformasiyalar varsa, onların gələcəkdə düzəldilməsi müzakirə olunar. 6-8 ay sonra eynək taxıla bilər.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq Plastik Estetik Cərrah Dr. Mahmud İsmayılov-a məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Əlaqə

Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

Tel: +994 50 318 38 00       +994 55 318 38 00

info@dr-mahmud.az

Copyright © 2024, dr-mahmud.az Dizayn: İNNOA MMC