Otoplastika
Otoplastika – qulaq seyvanının formasının düzəldilməsi üçün tətbiq edilən əməliyyata deyilir.
Otoplastika qulaq seyvanının anatomik quruluşunda baş verən dəyişikliklər zamanı tətbiq edilir və qulağın qığırdaq və yumşaq toxumalarının dəyişdirilməsi ilə nəticələnir. Uşaqlarda əməliyyatın 6 yaşa qədər aparılması məsləhət görülür. Çünki məktəbə gedən zaman bu hal uşaqlarda psixoloji pozğunluğa səbəb ola bilər. Otoplastika eyni zamanda qulaq seyvanının travmasında da tətbiq edilir.
Otoplastika 2 yerə bölünür.
- Estetik (qulaq formasının dəyişilməsi)
- Rekonstruktiv (qulaq seyvanının hissəvi və ya tam formalaşdırılması).
Əməliyyata göstərişlər.
- Qulaq qığırdağıınn qeyri düzgün forması
- Şələqulaqlıq
- Qulaq seyvanı ilə gicgah arasında olan bucağın artması
- Qulaq seyvanının hissəvi və ya tam olmaması (anadangəlmə və qazanılma)
Əks göstərişlər.
- Onkoloji xəstəliklər.
- Laxtalanmanın pozulması
Əməliyyatdan öncə analizi verilir. Əks-göstəriş olmadığı zaman vaxt təyin edilir. Uşaqlar ümumi narkozla, böyüklər yerli anesteziya altında əməliyyat olunur.
Əməliyyatın metodikası qulaq seyvanının quruluşuna uyğun olaraq individual seçilir. Kəsik qulağın arxa səthindən aparılır. Adətən kəsiyin izi bilinmir. Tikişlər 7-ci sutka çıxarılır. Əməliyyatdan sonra xəstələr bir ay ərzində bandaj taxmalıdırlar.