Bulhorn əməliyyatı
Üst dodağıncərrahi liftinqi-yəni qaldırılması zamanı aparılan əməliyyatabulhorn əməliyyatı deyilir. Dodaq və burun arsındakı məsafəni kiçildib, qırmızı sərhəddin qaldırılması zamanı icra edilir.
İngilis dilinə tərcümədə Bulhorn-“öküz buynuzu” mənasını verir. Yaş ötdükcə üst dodaq da digər orqanlar kimi sallanır. Digər orqanlardan fərqli olaraq dodaq içəridən diş ətinə birləşdiyi üçün sallanan dəri onu içəriyə doğru itələyir. Bu zaman qırmızı sərhədd içəriyə doğru qatlanır. Bu vəziyyət bəzi xanımlarda kompleks yaradır. Bu kompleksdən qurtarmaq üçün 25-30 dəqiqəlik bir əməliyyat lazımdır.
Burnun altında dalğavari kəsik aparılır, kəsik ortada enli kənarlara getdikcə daralmış olur. Görünüş etibarı ilə kəsik öküz buynuzuna oxşadığı üçün əmliyyatın adı qeyri-adi səslənir. Əməliyyatın nəticəsi olaraq üst dodaq qısalır, qırmızı sərhədd yuxarı qalxır və daha nəzərəçarpan olur. Əməliyyat simaya xüsusi cazibə və incəlik verir.
Göstərişlər.
* Yaşla bağlı dəyişikliklər.
* Uzanmış üst dodaq.
* Digər plastik əməliyyatlar zamanı dodağı korreksiya etmək zərurəti olduqda.
Əks göstərişlər.
* Ümumi cərrahi əks-göstərişlər.
* Xroniki xəstəliklərin kəskinləşməsi.
* Kelloid çapığın əmələ gəlməsinə meyllilik.
* Qısa üst dodaq.
Əməliyyat xəstənin istəyinə uyğun yerli və ümumi keyitmə altında icra edilə bilər. Adətən hər hansı fəsad müşahidə edilmir. 5-6 günə tikişlər çıxarılı