Septoplastika

Septoplastika burun çəpərinin əyriliyi zamanı tətbiq edilir. Çəpərin əyriliyi həm anadangəlmə, həm də zədə nəticəsində yarana bilər.

Bundan başqa bu cür əyilmə yaşla bağlı dəyişikliklərin nəticəsində baş verə bilər. Əksər hallarda (80%) burun çəpəri bir qədər deformasiyaya uğramış olur. Ancaq bu problemin cərrahi müalicəsi yalnız burun tənəffüsünün pozulduğu zaman tələb olunur.

Burun çəpərinin əyriliyi həm çəpərin qığırdaq, həm də sümük hissəsində ola bilər. Bəzən deformasiya hər iki hissədə eyni vaxtda baş verə bilər. Xüsusilə travmalardan sonra ağır deformasiya əmələ gəlir ki, bu zaman burun çəpərinin rekonstruksiyası tələb olunur.

Burun çəpərinin əyriliyi çox vaxt xarici burnun deformasiyası ilə birgə təsadüf edir. Bu zaman rinoseptoplastika tələb olunur. Əgər əyrilik arxa septumda əmələ gəlibsə, çox vaxt xarici burunda deformasiya qeyd edilmir, bu zaman yalnız septoplastika icra edilir.

Əməliyyat yerli və ümumi narkoz altında aparılır. Biz ümumi narkoza üstünlük veririk. Septoplastika əməliyyatı təxminən 30 dəqiqə 1 saat arası çəkir. Əməliyyatdan sonra tamponlardan istifadə edilmir. 6-7 ci gün rinoprotektorlar (tampon əvəzinə qoyulmuş slikon borular) çıxarılır. Əməliyyatda sonrakı ilk günlər burundan qanaxma ola bilər. Adətən konservativ müalicə ilə qanaxma dayanır. Ağır deformasiyalar zamanı burunda quruluq ola bilər ki, bu da dərmanlar vasitəsi ilə aradan qaldırılır.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq Plastik Estetik Cərrah Dr. Mahmud İsmayılov-a məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Sürətli menu

Əlaqə

Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

Tel: +994 50 318 38 00       +994 55 318 38 00

info@dr-mahmud.az

Copyright © 2024, dr-mahmud.az Dizayn: İNNOA MMC